Anar Əsədli ev dustaqlığına buraxıldı

05, 07, 23
23:00

Anar Əsədli ev dustaqlığına buraxıldı


Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli ev dustaqlığına buraxılıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar verib. 

Məlumatı vəkili Hikmət Əliyev də saytımıza təsdiq edib.

Qeyd edək ki, A.Əsədli bu ilin aprelində həbs olunmuşdu. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunaraq ayrı-ayrı şəxslərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirdi.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın