5 ildən 7 ilədək həbs...

24, 07, 23
10:00

5 ildən 7 ilədək həbs...


Xəbər verdiyimiz kimi, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu saxlanılıb. 

"Azərbaycan Reallığı" xəbər verir ki, siyasətçi Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Q. İbadoğlunun gün ərzində məhkəməyə çıxarılacağı gözlənilir.

Sözügedən maddə ilə ADRP sədrini hansı cəza gözləyir?

Qeyd edək ki, CM-nin 204.1-ci maddəsinə əsasən, satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841

Bizimlə əlaqə saxlayın