Nemət Pənahlının avtomobili cərimə meydançasına niyə aparılıb? - Rəsmi

21, 08, 23
16:48

Nemət Pənahlının avtomobili cərimə meydançasına niyə aparılıb? - Rəsmi


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının idarə etdiyi avtomobilin cərimə meydançasına aparılmasının səbəbini açıqlayıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli “Qafqazinfo”ya bildirib ki, 2000-ci il təvəllüdlü Pənahlı Əhəd Nemət oğluna məxsus “Toyota Land Cruiser” markalı, 90-KM-590 dövlət qeydiyyat nişanlı avtomobilin 1100 manat məbləğində ödənilməmiş cəriməsi olub:

“Həmin cərimələrə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 529.3-cu maddəsinə uyğun olaraq Nəsimi Rayon Məhkəməsində avtomobilin müvəqqəti duracağa təmin edilməsi üçün, yəni nəqliyyat vasitəsinin hərəkətdən uzaqlaşdırılması barədə qərar qəbul olunub. Dövlət Yol Polisi əməkdaşları sükan arxasında olan Nemət Pənahlıya qeyd edilən vəziyyəti izah edib, hüquqi izahdan sonra şəxsin barəsində qanuni tədbirlər görülüb”.

“Bildirmək istəyirik ki, avtomobillər üzərində ödənilməmiş cərimələrə görə nəqliyyat vasitəsinin müvəqqəti duracağa aparılması İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə uyğun olaraq, həyata keçirilir. Hər bir avtomobil sahibindən nəzərdə tutulmuş qaydalara ciddi şəkildə riayət etməsini xahiş edirik”, - DYP rəsmisi vurğulayıb.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın