“Azərbaycan təlim keçirir, Ermənistan isə sərhədə qoşun cəmləşdirir”

09, 09, 23
14:00

“Azərbaycan təlim keçirir, Ermənistan isə sərhədə qoşun cəmləşdirir”


“Azərbaycan Silahlı Qüvvələri payız-qış mövsümünə hazırlıq çərçivəsində əvvəlcədən planlaşdırılmış hərbi təlimlər keçirir”. 

“Azərbaycan Reallığı” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Reuters” agentliyinə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, adi planlaşdırma prosesinin bir hissəsidir: “Ermənistan isə sərhəddə qoşunlarını cəmləşdirir və yeni silah-sursat sistemləri alır.

Qarabağdakı etnik erməni qüvvələri də öz kazarmalarından çıxaraq cəbhə xəttindəki mövqelərə yerləşdirilib.

Bizim strategiyamız Azərbaycana qarşı istənilən silahlı və ya qeyri-qanuni hərbi fəaliyyətlərin və yaxud təxribatların qarşısını almaqdan ibarətdir”.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın