Şirkətlər “RabitəBank”dakı pullarını çəkməyə davam edir - NƏ BAŞ VERİR?

18, 10, 23
17:30

Şirkətlər “RabitəBank”dakı pullarını çəkməyə davam edir - NƏ BAŞ VERİR?

“RabitəBank”ın öhdəliklər cəmi 40 milyon 890 min manat və ya 4.84 faiz artaraq 884 milyon 284 min manata çatıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu artımda depozit portfelinin payı 68.85 faiz olub. Belə ki, bankın depozit portfeli 9 ay ərzində 28 milyon 153 min manat və ya 4.63 faiz artaraq 635 milyon 157 min manata yüksəlib. Fiziki şəxslər banka yerləşdirdikləri əmanətləri 62 milyon 964 min manat artıraraq 379 milyon 996 min manata çatdırıb. Buna baxmayaraq digər rüblərdə olduğu kimi hüquqi şəxslər “RabitəBank”dakı əmanətlərini geri götürməyə davam edir. Belə ki, şirkətlərin banka yerləşdirdikləri depozitlərin həcmi 9 ay ərzində 34 milyon 812 min manat və ya 12 faiz azalaraq 255 milyon 160 min manata enib.

Bizimlə əlaqə saxlayın