Göygöldə fəaliyyət göstərən istixanada nöqsanlar aşkarlanıb - FOTO

24, 10, 23
09:30

Göygöldə fəaliyyət göstərən istixanada nöqsanlar aşkarlanıb - FOTO

Göygöldə fəaliyyət göstərən istixanada nöqsanlar aşkarlanıb.

"Azərbaycan Reallığı" bildirir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizlik Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Göygöl rayonunun Qırıqlı kəndində yerləşən, Zeynalova Təranə Vidadi qızına məxsus istixanada Agentlik müfəttişləri tərəfindən yoxlama keçirilib. Baxış zamanı təsərrüfatda istifadə müddəti bitmiş 15 adda preparat aşkarlanıb.

Həmçinin istehsal prosesində müvafiq nəzarətin aparılmadığı, istifadə olunan avadanlıqların təmizlənib dezinfeksiya edilmədiyi, işçi heyətin xüsusi geyim vasitələrilə təmin olunmadığı və digər nöqsanlar müəyyən edilib.

Nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Bizimlə əlaqə saxlayın