Azərbaycanda bu şəxslər hər ay 520 manat alacaqlar

01, 11, 23
16:30

Azərbaycanda bu şəxslər hər ay 520 manat alacaqlar

"Azərbaycan Realığı" xəbər verir ki, gələn ildən ehtiyac meyarının həddi artırılacaq. Belə ki, ehtiyac meyarı 246 manatdan 270 manata çatdırılacaq. 

Bu, Hesablama Palatasının 2024-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsinə rəyində öz əksini tapıb. 

Millət vəkili Vüqar Bayramov atv-yə bildirib ki, ehtiyac meyarının artırılması ünvanlı sosial yardım alan ailələrin sayını artıracaq: "Hazırda 5 nəfər üzvü olan ailənin 800 manatlıq gəliri ilə aldığı sosial yardımın məbləği 430 manatdırsa, gələn il bu rəqəm 520 manata qədər yüksələcək".

Bizimlə əlaqə saxlayın