Azərbaycanda kişilərə yeni hüquq verilir

08, 12, 23
16:00

Azərbaycanda kişilərə yeni hüquq verilir

Üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə yeni hüquq verilir.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə biləcəklər.


Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bizimlə əlaqə saxlayın