Gömrük postlarında nə qədər maşın gözləyir?

22, 12, 23
13:30

Gömrük postlarında nə qədər maşın gözləyir?

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 687 avtomobil gözləyir.
 
Bu barədə "Azərbaycan Reallığı"na Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Biləsuvar” gömrük postunda 40, “Mazımqara” gömrük postunda 36, “Samur” gömrük postunda 48, “Xanoba” gömrük postunda 9 yük maşını var. “Astara” gömrük postunda isə maşın yoxdur.
 
"AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır", - deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın