Bank kartlarının işləməmə səbəbi: Kiberhücum olub? - AÇIQLAMA

08, 01, 24
14:00

Bank kartlarının işləməmə səbəbi: Kiberhücum olub? - AÇIQLAMA

Bir neçə gün öncə 6-7 saat ərzində ölkənin ən böyük prosessinq mərkəzi işləməməsi düşündürücüdür. 

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu İKT sahəsində ekspert Osman Gündüz deyib. O bildirib ki, ilk növbədə "Azərbaycan Beynəlxalq Bankı" öz törəmə şirkətində baş verənləri ciddi araşdırmalıdır:


"Görəsən, bu nəhəng strateji əhəmiyyət kəsb edən ödəniş sisteminə kiber hücum olub, yoxsa texniki xəta baş verib? Ya da insan amili rol oynayıb? "Beynəlxalq Bank" ölkənin ən böyük və peşəkar İT komandasına sahib olan qurumlarından biridir. Odur ki, bank əlaqəli qurumlarla,  Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə  birgə özünün törəmə şirkəti olan "Azericard"da ciddi kiber təhlükəsizlik tədbirləri görməsi, İT audit təşkil etməsi, cavabdehləri məsuliyyətə cəlb etməsi də, faydalı olardı.


"Digər maraqlı məsələ "Azericard"ın məlumat bazalarının "AzİnTelecom" Data Mərkəzinə miqrasiya edilməməsidir. Ümid edirəm, ABB baş verənlərlə bağlı ağlabatan bir açıqlama verəcək", - deyə o söyləyib.

Bizimlə əlaqə saxlayın