Bakı, Sumqayıt və Abşerondakı bu binalar təmir olunacaq

12, 01, 24
16:00

Bakı, Sumqayıt və Abşerondakı bu binalar təmir olunacaq

Azərbaycanın bir sıra şəhər və rayonlarında məcburi köçkünlərin məskunlaşdığı binalar təmir olunacaq.

Bu barədə "Azərbaycan Reallığı" Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən məlumat əldə edib.


Belə ki, təmir işləri Bakı, Sumqayıt və Abşerondakı məcburi köçkünlərin məskunlaşdığı binalarda aparılacaq.


Eyni zamanda, Mingəçevir şəhərlərində, Göygöl, Yevlax, Qazax, Qobustan, Şamaxı, İsmayıllı və Bərdə rayonlarında məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işləri həyata keçiriləcək.

Bizimlə əlaqə saxlayın