4 min manata bənna axtarılır

22, 02, 24
14:30

4 min manata bənna axtarılır

Polşa Respublikasında 4110 manat qarşılığında bənna axtarılır.

"Azərbaycan Reallığı"nın xəbərinə görə, bu barədə Azərbaycanda elan saytlarından biri məlumat yayıb.

Bu iş üçün 19-55 yaş aralığında 1 ildən 3 ilədək iş təcrübəsi olan şəxslər müraciət edə bilər.

Qeyd edilib ki, işəgötürən işçiləri rahat yaşayış şəraiti və hüquqi dəstəklə təmin edəcək.

Gündəlik iş rejimi 10 saatdır.

Həmçinin işçilərin Polşadan - Almaniyaya (Ştutqart) ezamiyyətə göndəriləcəyi, iş paltarı və ayaqqabının pulsuz veriləcəyi, eləcə də müraciət edənlərin servislə təmin ediləcəyi bildirilir.

Sevinc (055 302 14 11) adlı xanımın bu gün yerləşdirdiyi elana qısa zamanda 55 min dəfədən çox şəxs baxıb.

Bizimlə əlaqə saxlayın