"Yaşıl Ada" restoranın rəhbəri baş vermiş hadisəyə aydınlıq gətirdi - AÇIQLAMA

25, 02, 24
21:14

"Yaşıl Ada" restoranın rəhbəri baş vermiş hadisəyə aydınlıq gətirdi - AÇIQLAMA

Bu gün bir neçə xəbər saytlarında "Yaşıl Ada" restoranında mügənni Şirin Hüseyinov və restoranın aparıcısı Ramin İsgəndərli arasında baş vermiş qalmaqalla bağlı sözü gedən məkanın rəhbəri Kəmaləddin Əliyev "Azərbaycan Reallığı"na baş vermiş hadisə ilə bağlı qısa açıqlama verib.

Restoran rəhbəri bildirir ki, hadisə gecə saatlarında restoranda baş verib, amma deyildiyi kimi deyil. Guya mən hadisəni sakit şəkildə izləmişəm restoran işçiləri mənə dedi ki, mügənni aparcını söyür və təhqir edir. Sonra aralarında qalmaqal yaşanıb. 

Restoranda qonaqların istirahətinə mane olmasın, içtimai asayış pozulmasın, deyə məkanın mühafizə xidməti onları məkandan kənarlaşdırıb. Sonra isə bir-birlərindən hüquq-mühafizə orqanlarına şikayət ediblər indi məsələ ilə bağlı təhqiqat araşdırması gedir qərarı hüquq-mühavizə orqanları verəcək biz kimik polisin işinə müdaxilə edək? 

Təxminən 5 il bundan əvvəl restoranın adı “Baku City” kimi fəaliyyət göstərəndə baş vermiş hadisəni indi məqsədli şəkildə gündəmə gətirmək istəyirlər. 
Həmin hadisə ilə bağlı da hüquq-mühavizə orqanları qərar verib cəzasını alanlar cəzasını alıb, indi bunu gündəmə gətirməklə ortada yalnız ürək bulandırmağa çalışırlar. 

Açıqlama yazırlar güya bizim restoran mügənniyə 1000 manat borcu var. Buda tam yalan şər-böhtandır. Bizim məkanın bu vaxta kimi kiməsə ödəniş cəhətdən heç bir borcu olmayıb.

Bizimlə əlaqə saxlayın