AZAL Moskvadan yola düşənlərə müraciət etdi

23, 03, 24
16:00

AZAL Moskvadan yola düşənlərə müraciət etdi

Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saat qalmış hava limanına gəlmələrini xahiş edir.

Bu barədə "Azərbaycan Reallığı"na “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.

“Crocus City Hall”da baş vermiş faciəli hadisə ilə əlaqədar 23.03.24 - 25.03.24 tarixləri arasında yola düşəcək və daşınmadan imtina edən sərnişinlərə ilkin gediş tarixindən növbəti 3 gün ərzində marşrutun saxlanılması şərti ilə aviabiletlərin məcburi şəkildə yenidən rəsmləşdirilməsinə və ya tam dəyərinin məcburi şəkildə qaytarılmasına icazə verilir.

Əlavə suallar yarandıqda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

Bizimlə əlaqə saxlayın