Azərbaycan əhalisinin sayı 2 milyondan çox azala bilər, bu baş versə... - FOTO

03, 04, 24
16:00

Azərbaycan əhalisinin sayı 2 milyondan çox azala bilər, bu baş versə... - FOTO

Azərbaycan əhalisinin sayı 2 milyondan çox azala bilər.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu sözləri hüquqşünas Sahib Məmmədov bildirib. O deyib ki, bu proqnoz-məlumatları Azərbaycanın rəsmi statistikası əsasında hazırlanıb:

"Mənə inandırıcı görünmür, amma tendensiya azalmağa doğrudur. Bu baş versə, proses yalnız say azalaması ilə deyil, cins və yaş tərkibinin əhamiyyətli dəyişməsi ilə müşahidə olunacaq".

Qeyd edək ki, "database.earth" platformasında yer alan məlumatda deyilir ki, Azərbaycan əhalisinin gələcəkdə 10 462 904 nəfərdən 8 265 201 nəfərə qədər azalacağı gözlənilir. 2024-cü ildən 2100-cü ilə qədər əhalinin sayının 161,64% azalması baş verə bilər.

Bizimlə əlaqə saxlayın