Pensiya və maaşlar nə vaxt artacaq? - VACİB AÇIQLAMA
Pensiya və maaşlar nə vaxt artacaq? - VACİB AÇIQLAMA
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ötən gün bildirib ki, Azərbaycanda sosial islahatlar bundan sonra da davam edəcək.
Nazir əlavə edib ki, sosial sahədə əldə olunan nəaliyyətlərlə kifayətlənmək olmaz, həyat davam etdikcə, yeni çağırışlar ortaya çıxır. O həmçinin deyib ki, minimum pensiya və əmək haqqının artırılması davam edəcək.
"Azərbaycan Reallığı" xəbər verir ki, ƏƏSMN yanında İctimai Şuranın sədri Elşad Məmmədov arb tv-yə açıqlamasında artımların nə zaman baş tutacağı ilə bağlı sualı cavablandırıb. O bildirib ki, pensiyaların indeksləşdirilməsi prosesi orta illik inflyasiya göstəricilərinə uyğun reallaşdırılır:
"O ki qaldı maaşlarda artımlara, bununla bağlı ilk növbədə ölkə başçısı tərəfindən sərəncamlar verilməlidir. Lakin son illər ölkə başçısı üçün bu artımlar prioritet təşkil edir. Fikrimcə, biz bu il də həmin artımların şahidi ola bilərik. Ardıcıl artımların həyata keçirilməsi müvafiq sərəncama bağlı olan məsələdir".