Türkiyənin qida məhsuluna qadağa: təhlükəli imiş, Azərbaycanda da satılır - FOTO

16, 04, 24
12:30

Türkiyənin qida məhsuluna qadağa: təhlükəli imiş, Azərbaycanda da satılır - FOTO

Türkiyə istehsalı mineral su İsveçrədə qadağan edilib.

"Azərbaycan Reallığı" xəbər verir i, bu barədə İsveçrə Federal Qida Təhlükəsizliyi və Baytarlıq İdarəsi məlumat yayıb. Qurum "Beypazarı" markalı mineral suyun tərkibində yüksək miqdarda bor olduğunu açıqlayıb.

Açıqlamada yüksək miqdarda bor istehlakının hamiləlik zamanı dölün inkişafına təsir etdiyi bildirilib.

İsveçrə hökuməti "Beypazarı" markalı mineral suyun istehlak edilməməsi lazım olduğunu açıqlayıb və məhsulu qadağan edib. Şirkət geri çağırma prosesinə başlayıb.

Bu vəziyyət istehlakçıların narahatlığına səbəb olsa da, "Beypazarı" brendindən hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, bor təbiətdə bol olan elementdir və müxtəlif sənaye sahələrində istifadə olunur. Bor mineralı bədən minerallarının, xüsusilə kalsium və D vitamininin tənzimlənməsində iştirak edir, lakin yüksək miqdarda bor istehlakı insan sağlamlığına zərərlidir.

Bizimlə əlaqə saxlayın