Sevgilisinə bir kamaz gül bağışlayan Hüseynin BAŞI DƏRDDƏ

10, 06, 24
14:30

Sevgilisinə bir kamaz gül bağışlayan Hüseynin BAŞI DƏRDDƏ

"Instagram" istifadəçiləri qıza bir kamaz (10 min ədəd) qızılgül hədiyyə edən məşhur azərbaycanlı bloger Hüseyn Həsənovun bu jestinə qəzəbləniblər.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Gazeta.ru məlumat yayıb.

""Bir çiçəkçi kimi mən artıq 19 dəqiqədir ki, sənə nifrət edirəm. Eh. Çiçəklər. Çox gözəl idilər", "Poliqan yaradıblar, heyf güllərə", "Gördüyüm ən axmaq hərəkət!", "Gülləri axmaqcasına məhv etdilər"", - "Instagram" istifadəçiləri yazıblar.

Həsənovun izləyiciləri bir buketin belə təqdimatdan daha romantik olacağını bildiriblər. İnternet istifadəçilərindən biri belə bir hədiyyəyə görə gəncdən inciyəcəyini vurğulayıb.

Bizimlə əlaqə saxlayın