yuxarı
Allahşükür Paşazadə Məkkəyə yola düşdü
02, 08, 24
12:30
Allahşükür Paşazadə Məkkəyə yola düşdü
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 3-də Səudiyyə Ərəbistanı Krallığına səfərə yola düşüb.
"Azərbaycan Reallığı" xəbər verir ki, səfər Səudiyyə Ərəbistanının İslam işləri, İrşad və Dəvət naziri Əbdüllətif bin Əbdüləziz Al Əş-Şeyxin dəvəti ilə həyata keçirilir.
QMİ sədri A. Paşazadə avqustun 4-5-də Məkkə şəhərində keçirilən “Mötədillik prinsiplərinin möhkəmləndirilməsində Vəqflər və İslam işləri üzrə qurumların rolu mövzusunda” beynəlxalq konfransda iştirak edəcək, məruzə ilə çıxış edəcək.
Səfər çərçivəsində Şeyxülislam A.Paşazadənin Krallığın rəsmiləri ilə görüşləri nəzərdə tutulub.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək