yuxarı
Su BAHALAŞIR? - Agentlikdən SON DƏQİQƏ AÇIQLAMASI
17, 09, 24
15:00
Su BAHALAŞIR? - Agentlikdən SON DƏQİQƏ AÇIQLAMASI
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi içməli suyun tariflərinin artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib.
Bu barədə "Azərbaycan Reallığı"na Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Dilqəm Şərifov deyib.
Onun sözlərinə görə, istehlak olunan suyun qiymətində dəyişikliklə bağlı söhbətlər əsassız şayiələrdən doğur.
Qeyd edək ki, sosial şəbəkələrin Azərbaycan seqmentinin istifadəçiləri ölkədə iqlim dəyişikliyi ilə bağlı gözlənilən şirin su qıtlığıyla əlaqədar xəbərlər fonunda suyun qiymətinin artırılması imkanlarını qızğın müzakirə edirlər.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək