yuxarı
Prezidentin fərdi təqaüdünün məbləği 1700 manat oldu
12, 06, 25
18:00
Prezidentin fərdi təqaüdünün məbləği 1700 manat oldu
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği artırılır.
"Azərbaycan Reallığı" xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, 2025-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü 1700 manat müəyyən edilib.
Qeyd edək ki, hazırda Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 1500 manat təşkil edir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək