Təmirsiz vəziyyətdə olan məktəb binası - FOTOLAR

15, 01, 25
14:30

Təmirsiz vəziyyətdə olan məktəb binası - FOTOLAR


Qazax-Tovuz Regional Təhsil İdarəsi təmirsiz vəziyyətdə olan Şəmkir rayon uşaq-gənclər idman-şahmat məktəbinin Kür qəsəbəsində yerləşən köməkçi binası ilə bağlı məlumat yayıb.

"Azərbaycan Reallığı"nın məlumatına görə, qurumdan bildirilib ki, regional təhsil idarəsini əməkdaşları tərəfindən təhsil müəssisəsinə baxış keçirilib və məktəbin maddi-texniki bazasının möhkəmkəndirilməsi istiqamətində qiymətləndirmələr aparılır.

Qeyd edilib ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir:

"Qazax-Tovuz Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqla təmin olunması, yeni binaların inşası və mövcud binaların əsaslı təmiri olunması əsas prioritetlərimizdəndir. Son iki ildə Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 70-dən çox məktəbdə cari, 4-də əsaslı təmir işləri aparılıb, 4 məktəb binası sökülərək yenidən tikilib".

 

1410368

14103671410365


Bizimlə əlaqə saxlayın