Məktəb direktoru həbs olundu

03, 02, 25
12:00

Məktəb direktoru həbs olundu


Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin direktoru həbs edilib.

"Azərbaycan Reallığı"nın məlumatına görə, direktor Fəxrəddin Həsənov məktəbdəki qanun pozuntuları ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.

Ağsu Rayon Prokurorluğunda F.Həsənova Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə ilkin istintaq tamamlanıb. Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.


Bizimlə əlaqə saxlayın