Qarabağ Universiteti bu vəzifəyə işçi axtarır

17, 02, 25
15:00

Qarabağ Universiteti bu vəzifəyə işçi axtarır


Qarabağ Universiteti bir vəzifə üzrə vakansiya elan edib.

Ali təhsil müəssisəsindən "Azərbaycan Reallığı"na bildirilib ki, maliyyə yardımı üzrə mütəxəssis (Financial Aid Officer) axtarılır.

Maliyyə yardımı üzrə mütəxəssisin (Financial Aid Officer) işi aşağıdakı kimi təvir edilib:

- Tələbələr üçün maliyyə yardımı (təhsil haqqı güzəştləri, təqaüdlər və digər maliyyə dəstəyi) proqramlarını yaratmaq və tətbiqi mexanizmlərini hazırlamaq;

- Tələbələrin maliyyə yardımı ilə bağlı ehtiyaclarını müəyyən etmək və onlara məsləhətlər vermək;

- Maliyyə yardımı üzrə tələb olunan sənədləri toplamaq və təhlil etmək;

- Tələbələri maliyyə yardımı imkanları barədə məlumatlandırmaq və müvafiq maarifləndirmə işlərini həyata keçirmək;

- Maliyyə yardımı üçün müraciətləri qəbul etmək, dəyərləndirmək və tələbələrin uyğunluğunu müəyyənləşdirmək;

- Müvafiq hesabatlar hazırlamaq və aidiyyatı üzrə təqdim etmək.

Həmçinin bildirilib ki, mütəxəssis maliyyə, mühasibat, iqtisadiyyat və ya idarəetmə sahəsi üzrə ali təhsili, müvafiq sahədə minimum 2 il təcrübəsi, yüksək kommunikasiya bacarıqları, güclü müşahidə və analitik təhlil bacarıqları, İT və xarici dil bilikləri olmalıdır.

Bu vəzifədə çalışmaq istəyən şəxslər CV, ali təhsili təsdiq edən sənəd(lər)in surətini, müşayiətedici məktubu (motivasiya – maksimum 500 söz) təqdim etməlidirlər.

Məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın adının “Maliyyə yardımı üzrə mütəxəssis” qeyd edilməsi vacibdir. 

Müraciət üçün son tarix: 24 fevral 2025-ci il
Elektron poçt ünvanı: [email protected]

Qeyd edilib ki, universitetdə daimi əsaslarla çalışan əməkdaşlar işlədikləri müddətdə Xankəndi şəhərində mənzillə təmin olunacaqlar.


Bizimlə əlaqə saxlayın