Bakıda müəllimə valideynlə mübahisədən sonra vəfat edib? AÇIQLAMA
Bakıda müəllimə valideynlə mübahisədən sonra vəfat edib? AÇIQLAMA
Bakıda müəllimlə valideyn arasında mübahisə ölümlə nəticələnib.
"Azərbaycan Reallığı"nın məlumatına görə, hadisə bir neçə gün öncə 25 nömrəli məktəbdə baş verib.
Belə ki, təhsil müəssisəsinin Azərbaycan dili müəllimi Xeyransa Karakovanın mübahisə zamanı halı pisləşib və komaya düşüb.
O, 2 gün komada qalıb. Ötən gün 55 yaşı olmuş müəllim bu gün müalicə aldığı xəstəxanada vəfat edib.
Məktəbdən Musavat.com-a bildirilib ki, müəllimə Xeyransa Karakova ürək çatışmazlığı səbəbindən dəfələrlə xəstəxanada müalicə alıb.
“Fevralın 24-də evində halı pisləşərək xəstəxanaya yerləşdirilən Xeyransa Karakova fevralın 26-da orada dünyasını dəyişib. Rəhmətə gedən müəllimin vəfatı səbəbi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
Allah rəhmət eləsin, məktəbin kollektivi adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - deyə açıqlamada qeyd edilib.