yuxarı
13 aprel tarixli buraxılış imtahanlarının düzgün cavabları açıqlandı
14, 04, 25
17:00
13 aprel tarixli buraxılış imtahanlarının düzgün cavabları açıqlandı
Aprelin 13-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.
"Azərbaycan Reallığı" xəbər verir ki, doğru cavab etalonları Dövlət İmtahan Mərkəzinin (DİM) saytına yerləşdirilib.
2025-ci il aprelin 13-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış ola bilərsiniz.
Qeyd edək ki, yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 5 həftə ərzində elan olunması nəzərdə tutulur.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək