yuxarı
Qəbul imtahanlarına qeydiyyat nə vaxt başlayır? - RƏSMİ CAVAB
15, 04, 25
15:00
Qəbul imtahanlarına qeydiyyat nə vaxt başlayır? - RƏSMİ CAVAB
Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdində iştirak etmək üçün qeydiyyat bu həftə başlayır.
"Azərbaycan Reallığı"nın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, qeydiyyat aprelin 17-də başlayacaq.
Prosesin mayın 1-dək aparılması nəzərdə tutulub.
İmtahan tarixlərinin yaxın vaxtlarda elan olunacağı gözlənilir.
Qeyd edək ki, qəbul imtahanlarının birinci mərhələsi - buraxılış imtahanları mart 2-də və 9-da keçirilib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək