Sertifikasiya ilə bağlı müəllimlərə məlumat GÖNDƏRİLƏCƏK

13, 05, 25
16:00

Sertifikasiya ilə bağlı müəllimlərə məlumat GÖNDƏRİLƏCƏK


Müəllimlərin sertifikasiya imtahanının vaxtı açıqlanıb. İmtahan 18-25 iyun tarixlərində baş tutacaq.

"Azərbaycan Reallığı"nın məlumatına görə, sabah gün sonuna qədər müəllimlərin şəxsi kabinetlərinə sertifikatlaşdırmanın keçiriləcəyi vaxt və məkanla bağlı məlumatın göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, bu il biologiya, kimya, coğrafiya, informatika və fizika müəllimləri sertifikasiyaya cəlb olunacaq.


Bizimlə əlaqə saxlayın