Sertifikasiyada yüksək bal yığan müəllimlərin MAAŞI

10, 07, 25
13:00

Sertifikasiyada yüksək bal yığan müəllimlərin MAAŞI


"Sertifikasiya prosesi təşkil edildikdən sonra müəllimlərin əməkhaqlarında sürətli artımlar müşahidə olunub".

Bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim–keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

Nazirin sözlərinə görə, sertifikasiyada yüksək bal toplamış müəllimlərin əməkhaqqı 1320 manat təşkil edir.

“11 faiz müəllim həftədə 31 saat dərs deyir və 1500–2000 manat əməkhaqqı alır. 33 faiz müəllim həftədə 25 saat dərs deyir və 1000–1500 manat maaş alır. 41 faiz müəllim həftədə 17 saat dərs deyir və 500–1000 manat əməkhaqqı alır. 14 faiz müəllim isə cəmi 8 saat dərs deyir və 500 manata qədər maaş alır”, - nazir əlavə edib.


Bizimlə əlaqə saxlayın