212 saylı məkəbdə BAZAR yaradıblar - Şıdırğı rüşvət yığımı

05, 10, 23
11:11

212 saylı məkəbdə BAZAR yaradıblar - Şıdırğı rüşvət yığımı


Bu gün müəllim günüdür. Amma ağrılı olsa da, bu gündə belə məktəblərimizi saran QANUNSUZ PUL TƏLƏBİ bəlasından yazmalı olacağıq.

"Azərbaycan Reallığı" olaraq ilk növbədə müəllim adını şərəflə daşıyan təhsil işçiləriini səmimi qəlbdən təbrik edir, onlara uğurlar arzu edirik.

Redaksiyamıza üz tutan valideynlər iddia edir ki, Bakının 212 saylı məkəbində əməlli-başlı BAZAR MÜHİTİ yaradıblar.

Valideynlər yazır: "Bura direktor təzə təyin olunub. Guya rüşvət almırlar daha... Deyirlər ki, hər şey əvvəli kimi olmayacaq...

Amma vəziyyət daha da pisləşib. İndi əvvəlki vəziyyətə, əvvəlki rəhbərliyə şükür edirik. Sən demə, "Hər şey əvvəlki kimi olmayacaq" deyəndə RÜŞVƏTİN qiymətinin qalxacağını deyirmişlər...

Daha boğaza yığılmışıq. Addımbaşı pul tələb edirlər. Hara şikayət edək... Onsuz da xeyri olmayacaq..."

Qeyd edək ki, valideynlərin müraciətlərində konkret müəllim adları da var. Biz isə bu adları açmadan problemi təqdim etdik ki.... BƏLKƏ DÜZƏLƏ...

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq (DİA.AZ)

Bizimlə əlaqə saxlayın