8 Noyabr - şanlı zəfər tarixi Mandala Akademiyanın təşkilatçılığı ilə Balaxanı kitabxanasında keçirildi

06, 11, 23
09:00

8 Noyabr - şanlı zəfər tarixi Mandala Akademiyanın təşkilatçılığı ilə Balaxanı kitabxanasında keçirildi

"Azərbaycan Reallığı" xəbər verir ki, Mandala Akademiyanın təşkilatçılığı və M.Ə.Sabir adına Balaxanı kitabxanasının dəstəyi ilə 8 Noyabr –Şanlı Zəfər tariximizə  həsr olunmuş tədbir  keçirilib.

Tədbirdə Şəhid ailəsi üzvləri ,qazilər, müharibə veteranları ,qəsəbə  ictimaiyyətinin nümayəndələri iştirak ediblər.


Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Qonaqlar müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdən söz açıblar. Diqqətə çatdırılıb ki, ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi hər zaman diqqət və ehtiramla yad edilir. 


İstedadlı gənc rəssamların vətənpərvərlik mövzusunda rəsm əsərləri sərgilənib.


Tədbirin bədii hissəsində Jurnalist-yazar Yeganə Bağırova, Elçin Mehdiyev, Emiliya Quliyeva, Səid Hüseynov  tərəfindən Zəfər Gününə həsr olunmuş müxtəlif şeirlər səsləndirilib.


Asəf  Zeynallı adına Musiqi məktəbinin gənc ansamblı tərəfindən "Can Qarabağ" musiqisi səsləndirilib. 


Milli Konservatoriyanın tələbəsi Altun Süleymanov İncə bellim musiqisini ifa edib.


Həvəskar gitarist Uğur Məmmədovun ifaslğında Cənab Leytenant sədaları ilə tədbir yekunlaşıb.
Tədbir zamanı Şəhid ailələri öz övladları haqqında xatirələrini ziyarətçilər ilə bölüşüblər. 


Sonda Mandala Akademiyanın rəhbəri Zarina Hüseynova  və M.Ə.Sabir adına kitabxananın müdiri Məlahət Bədəlova iştirakçılara və izləyicilərə öz təşəkkürünü bildiriblər.






Bizimlə əlaqə saxlayın