Bu gündən məktəblərdə payız tətili başlayıb

16, 11, 23
11:30

Bu gündən məktəblərdə payız tətili başlayıb

Bu gündən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində payız tətili başlayıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, Elm və Təhsil Nazirliyindən bildirilib ki, payız tətili noyabrın 16-dan 20-dək olan dövrü əhatə edəcək.

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qanuna əsasən, məktəblərdə payız tətilinin günləri 16-20 noyabr (5 gün) olmaqla əhatə edir”, - deyə nazirlik qeyd edib. 

Bizimlə əlaqə saxlayın