Hamı direktorun ad gününə SƏFƏRBƏR OLUB... - AY MAŞALLAH...

23, 11, 23
13:30

Hamı direktorun ad gününə SƏFƏRBƏR OLUB... - AY MAŞALLAH...


Bakı məktəbində direktorun doğum günü ilə bağlı pul yığıldığı iddia olunur.

Söhbət Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəbdən gedir.

Bu barədə "Azərbaycan Reallığı"na Türkan qəsəbə sakini, “Yeni baxış ictimai nəzarət” təşkilatının mətbuat katibi Vüqar Əmirov məlumat verib.

Bildirdiyinə görə, məktəbin direktoru Kəmalə Babayevanın noyabrın 24-də doğum günü ilə bağlı müəllim heyəti və şagirdlər arasında pul yığılır:

“Ayın 24-ü direktorun ad günüdür. İbtidai siniflərdə hər şagirddən 2 manat, yuxarı siniflərdən 3-5 manat, hansısa məbləğdə isə müəllimlərdən pul yığılır”.

Məsələ ilə bağlı 262 saylı orta məktəblə əlaqə yaratdıq. Direktor Kəmalə Babayeva Bizim.Media-ya açıqlamasında məsələdən yeni xəbərdar olduğunu bildirib:

“Bunu sizdən eşidirəm. Zəhmət olmasa, Bakı şəhər Təhsil İdarəsi ilə əlaqə yaradın”.

Direktor doğum gününün noyabrın 24-də olub-olmaması sualımızı isə nə təsdiq, nə də inkar edib.

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən sorğumuza cavab olaraq, məsələnin araşdırılacağı bildirilib.

Mövzunu diqqətdə saxlayacağıq...

Bizimlə əlaqə saxlayın