Yanmış uşaq bağçasında tərbiyə alan uşaqlar digər bağçaya yerləşdiriləcəklər - FOTO

23, 11, 23
15:00

Yanmış uşaq bağçasında tərbiyə alan uşaqlar digər bağçaya yerləşdiriləcəklər - FOTO

Noyabrın 23-də gecə saatlarında baş vermiş yanğın nəticəsində binası tamamilə yararsız vəziyyətə düşmüş Oğuz şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasında təlim-tərbiyə alan uşaqlar bu gündən etibarən təhsillərini müvəqqəti olaraq şəhərdəki digər məktəbəqədər təhsil müəssisəsində - 115 yerlik 2 nömrəli körpələr evi-uşaq bağçasında davam etdirəcəklər. Bununla bağlı artıq valideynlərə məlumat verilib.

Bu barədə "Azərbaycan Reallığı"na açıqlamasında Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Oğuz rayonu üzrə Təhsil Sektorunun müdiri Sərdar Nəbiyev məlumat verib.

Bizimlə əlaqə saxlayın