Paytaxt məktəblərində monitorinqlər aparılır

29, 11, 23
11:30

Paytaxt məktəblərində monitorinqlər aparılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin təşkili və idarə olunması ilə bağlı operativ monitorinqlər keçirilir.

"Azərbaycan Reallığı" xəbər verir ki, monitorinqlərin təşkil olunmasının əsas məqsədi seçmə üsulla müəyyənləşdirilmiş məktəblərdə təhsil mühitinin öyrənilməsindən ibarətdir. Təhsil müəssisələrində sağlamlıq, təhlükəsizlik və nizam-intizam, tədris-pedaqoji və digər sənədlərlə işin təşkili, inzibati heyətin fəaliyyəti, metodiki işin təşkili monitorinq zamanı müşahidə olunan əsas istiqamətlərdəndir. Proses zamanı müvafiq istiqamətlərə aid olan 35 meyar 4 səviyyə üzrə qiymətləndirilir.  

Bizimlə əlaqə saxlayın