“Fond pulu” yığıldığı deyilən məktəbin direktoru və müəllimi CƏZALANDIRILDILAR - FOTO

01, 12, 23
15:00

“Fond pulu” yığıldığı deyilən məktəbin direktoru və müəllimi CƏZALANDIRILDILAR - FOTO

"Azərbaycan Reallığı" xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Sabunçu rayonu 310 saylı orta məktəbdə “fond pulu”nun yığılması barədə yayılan məlumatlar barədə araşdırma aparıb.

İdarədən bildirilib ki, 310 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən şagirdlərdən vəsaitin toplanılması barədə yayılan məlumatla əlaqədar araşdırma aparılıb:


“Araşdırma zamanı 310 nömrəli tam orta məktəbin direktoru tərəfindən məktəbdə nəzarətin zəif təşkil edilməsi, 5 “e” sinif rəhbərinin zəruri qabaqlayıcı və maarifləndirici tədbirlər görməməsi səbəbindən valideyn tərəfindən tədris materiallarının surətlərinin çıxarılması və digər bu kimi məqsədlər üçün digər valideynlərdən vəsait toplanılması müəyyən olunub.


Bu baxımdan, vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə 310 nömrəli tam orta məktəbin direktoru Rəsmiyə Quliyevaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən xəbərdarlıq edilib. Əmək funksiyasının icrasında yol verdiyi nöqsanlara görə 310 nömrəli tam orta məktəbin müəllimi Mehriban Əliyevaya isə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən intizam tənbehi kimi töhmət verilib”.

Bizimlə əlaqə saxlayın