2 kənddə yeni məktəb tikiləcək - 6,8 milyon ayrıldı

04, 12, 23
13:00

2 kənddə yeni məktəb tikiləcək - 6,8 milyon ayrıldı

Qusar rayonu, Cibir kəndi və Göygöl rayonu, Topalhəsənli kəndində  264 şagird yerlik 2 tam orta məktəb tikiləcək.

“Azərbaycan Reallığı”nın məlumatına görə, tikinti işləri müvafiq olaraq “The Best Constructions” və “Rövşən Oğuz Mühəndislik” MMC-lər tərəfindən aparılacaq.


Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi şirkətlərə 3 334,058 min manat və 3 418,288 min manat ödəniş edəcək.
 

Bizimlə əlaqə saxlayın