Yeni istifadəyə verilən məktəb binasında çatlar yaranıb? - YENİLƏNİB + VİDEO

06, 12, 23
17:30

Yeni istifadəyə verilən məktəb binasında çatlar yaranıb? - YENİLƏNİB + VİDEO

Lənkəran - Astara Regional Təhsil İdarəsi Masallıda məktəb binasında çatların yaranması ilə bağlı açıqlama verib.

İdarədən "Azərbaycan Reallığı"na bildirilib ki, rayonun Qızılağac kənd tam orta məktəb binasının qəzalı vəziyyətdə olması ilə bağlı məlumatlar əsassızdır:


“Təhsil müəssisəsi Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına inşa olunub. 528 şagird yerlik məktəb binası 2021-ci ilin sentyabrında istismara verilib. Tikintidən sonra ümumtəhsil müəssisəsinin binasının qəzalı vəziyyətdə olması ilə bağlı müraciət daxil olub. Bununla bağlı binaya baxış keçirilib, yük daşıyan konstruksiyalarda (divarlar, örtüklər, bünövrə və sütunlar) binanın dayanıqlılığına təhlükə yarada biləcək nöqsanlar aşkar edilməyib. Divarlarda müşahidə olunan kiçik çatların suvaq qatında olduğu müəyyənləşdirilib və tikintini həyata keçirmiş podratçı təşkilat tərəfindən məsələ həll edilib”.


Bizimlə əlaqə saxlayın