15 ildir dərsə atla gedən müəllim: “At ilə birgə çaya yıxıldım” - VİDEO

14, 12, 23
13:30

15 ildir dərsə atla gedən müəllim: “At ilə birgə çaya yıxıldım” - VİDEO

Zaqatala rayonunun kənd məktəbində bədən tərbiyəsi müəllimi 15 ildir ki, dərsə atla gəlir.

"Azərbaycan Reallığı" xəbər verir ki, 35 yaşlı müəllim Rauf Ramazanov ucqar dağ kəndinə gedib-gəlmək üçün saat yarım at sürməli olur.


Hər gün yeddi kilometrlik yolu atla gedən müəllim çayda sel olsa belə, bundan çəkinmir.
Onun fikrincə nəqliyyat vasitəsi etibarlıdır, 10 illik sadiq dostu onu bu günədək yarı yolda qoymayıb:


“İndiyədək nəqliyyat vasitəsi kimi atdan istifadə edirəm, çünki at belində gedib-gəlmək sağlamlıqdır. Çaylarda nə qədər sel, su olsa belə, istifadə etdiyim nəqliyyat vasitəsi məni heç vaxt yolda qoymayıb, hər yerdən keçə bilir”.


Müəllim hətta at belindəykən başına gələn maraqlı hadisədən də danışıb.


Onun sözlərinə görə, günlərin birində dərsə gələn zaman at ilə birgə çaya yıxılıb.


Paltarını məktəbdə qurudaraq dərsinə davam edib.


Ətraflı Baku TV-nin süjetində:



Bizimlə əlaqə saxlayın