Ağstafada müəllimə şagirdi döyərək ağır xəsarət yetirib? - İDDİA

27, 12, 23
13:51

Ağstafada müəllimə şagirdi döyərək ağır xəsarət yetirib? - İDDİA

Ağstafa rayonda 9 cu sinif şagirdi müəllimi tərəfindən döyülərək xəsarət alıb. Bu haqqda "Azərbaycan Reallığı"na etibarlı mənbələrdən məlumat daxil olub.

Məlumata görə rayonda yerləşən 1 saylı tam orta məktəbin riyaziyyat müəllimi Qurbanova Ayğun həmin sinifin 9 cu sinif şagirdi Qurbanov İbrahim Tural oğlunu məktəb dəftəri olmadığı üçün şagirdlərin önündə olan lövhəyə çıxararaq ona nalayiq sözlər işlədərək, vurmağa başlayıb.

Bu zaman uşağ qulağından ağır xəsarət aldığı iddia olunur. Məsələ ilə bağlı uşağın valideynləri sözü gedən məktəbin direktoru Ramiz Nəsirova şikayətlər etsələr də nədənsə məktəb direktoru müəllimə haqqında hər hansı tədbir görməyib.

Məsələ ilə bağlı məktəb direktoru ilə əlaqə saxladıq. o nahar fasiləsi olduğu üçün danışa bilməyəcəyini bildirdi və 1 saatdan sonra əlaqə saxlamağmızı istədi.

Növbəti zənglərimizə isə cavab verilmədi. Buna baxmayaraq "Azərbaycan Reallığı" olaraq qarşı tərəflərində mövqeyin dərc etməyə yenidən hazırıq.  

Bizimlə əlaqə saxlayın