Xarici tələbələr Azərbaycan universitetlərini buna görə seçir - VİDEO

04, 01, 24
14:00

Xarici tələbələr Azərbaycan universitetlərini buna görə seçir - VİDEO

Ölkəmizdə təhsil alan əcnəbi tələbələrin sayı 10 minə çatıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirir.


Onun sözlərinə görə, qəbul qaydalarının asanlaşdırılması Azərbaycana üz tutan xarici tələbələrin sayına təsir göstərib:


“Qeyd edim ki, Azərbaycana oxumağa gələnlər arasında rus, İran vətəndaşları üstünlük təşkil edir. Qardaş Türkiyədən gələnlərin sayında ciddi artım var. Təbii ki, bunun birinci səbəbi “Study in Azerbaijan” layihəsidir. Azərbaycanda hər il xarici ölkə universitetlərinin sərgiləri həyata keçirilir. Həmçinin, ölkədən kənarda bu istiqamətdə ciddi işlər görülür. Azərbaycan universitetlərinin xaricdə sərgilərinin keçirilməsi, alimlərimizin beynəlxalq indeksli jurnallarda məqalələrinin çıxması ölkəmizdəki ali təhsil müəssisələrinə marağı kifayət qədər artırıb”.


Ekspert bildirib ki, ölkəyə gələn əcnəbi tələbələrin sayının artması gələcəkdə ali təhsil müəssisələrinin reytinqini dünyada artıra bilər. Bu həm də ali təhsil sisteminin beynəlxalq rəqabət imkanlarını artırmağa kömək edəcək:


““2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” var. Həmçinin, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın tərkibində Azərbaycan ali təhsil müəssisələrinin dünya reytinqində olması hədəflənib.


Daha çox tələbənin təhsil aldığı universitetlər arasında Bakı Dövlət Universitetini, Naxçıvan Dövlət Universitetini və Tibb Universitetini xüsusən qeyd etmək lazımdır. “ADA” və İqtisad Universitetində də kifayət qədər xarici tələbə təhsil alır. Bu ölkə iqtisadiyyatına çox müsbət təsir göstərir”.
Ekspert əlavə edib ki, bu tendensiya qarşıdakı illərdə də davam edəcək.

Bizimlə əlaqə saxlayın