621 bal toplayan tələbə BDU-nu məhkəməyə verdi

25, 01, 24
17:00

621 bal toplayan tələbə BDU-nu məhkəməyə verdi

"Azərbaycan Reallığı" xəbər verir ki, Bakı Dövlət Universiteti (BDU) məhkəməyə verilib.

Məhəbbətli Əli Fərhad oğlu tərəfindən ali təhsil müəssisəsi barəsində Bakı İnzibati Məhkəməsinə müraciət olunub.

Müraciətin mahiyyəti məlum olmasa da, məhkəmə işi hakim Həmid Ağalarovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Ə.Məhəbbətli 2017-ci ildə 621 balla BDU-nun Hüquq fakültəsinə qəbul olub.

©İqtisadiyyat.az

Bizimlə əlaqə saxlayın