Keçmiş SSRİ-də niyə dördüncü sinif yox idi?

08, 02, 24
15:30

Keçmiş SSRİ-də niyə dördüncü sinif yox idi?

Sovet təhsili tarixində bir çox eksperimentlər həyata keçirilib və məktəblərdə dördüncü sinfin olmaması çoxları üçün sirr olaraq qalıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, Sovet İttifaqında məktəblərdə niyə dördüncü sinifin olmamasının səbəbi açıqlanıb. 

1919-1931-ci illər arasında ibtidai məktəblərdə peşə təliminə üstünlük verən və məcburi olmayan doqquz illik təhsil verib.

1931-ci il islahatı nəticəsində yeddiillik hissəsi məcburi olmaqla onillik məktəblər yaradılıb. Burada təhsilin peşə hissəsi azaldıldı, lakin tamamilə ləğv edilmədi.

1958-ci ildə həyata keçirilən digər təhsil islahatında məcburi təhsil müddəti yeddi ildən səkkiz ilə çatdırılıb, keçid 1962-ci ilin payızına qədər başa çatdırılıb. Həmçinin təhsil müddəti 10 ildən 11-ə qaldırılıb.

Ancaq artıq 1963-cü ildə təlim onillik formata qaytarılıb və təcrübə uğursuz elan edilib.

1969-cu ildə hakimiyyət məktəblərin strukturunda yenidən islahatlar aparıb:

İbtidai məktəb 1-ci sinifdən 3-cü siniflərə qədər qısaldılıb;

Tam orta məktəb 4-8-ci siniflər;

Orta məktəb 9-10-cu siniflər.

Bu, 1984-cü ilə qədər, hakimiyyət dördüncü sinfi ibtidai məktəbə qaytarmaq qərarına gələnə qədər belə davam edib.

1987-ci ildə Sovet hökuməti digər ölkələrin təhsil sistemlərindəki tendensiyaların təsiri altında yeni təcrübəyə başlayıb. Hakimiyyət on bir illik təhsilin effektivliyinə şübhə ilə yanaşıb və valideynləri dördüncü sinfi buraxmağa təşviq edib. Dördüncü sinifdə yalnız kurrikuluma yiyələnməyə vaxtı olmayanların qalması tövsiyə olunub. 

Daha sonra SSRİ-də dördüncü sinf tamamilə ləğv olunub. Şagirdlər üçüncü sinifdən sonra dərhal beşinci sinfə keçib.

Bizimlə əlaqə saxlayın