Azərbaycanda universitet bu vəzifəyə işçi axtarır

16, 02, 24
11:30

Azərbaycanda universitet bu vəzifəyə işçi axtarır

Azərbaycan İlahiyyat İnstitutu işçi axtarır.

"Azərbaycan Reallığı"nın məlumatına görə, ali təhsil müəssisəsi dillər və ictimai fənlər kafedrasına vakant dosent vəzifəsinə müsabiqə elan edib.

Dosent vəzifəsi tutmaq üçün müsabiqədə professorlar, dosentlər, elmlər doktorları və fəlsəfə doktorları (elmlər namizədləri) iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidirlər:

- kadrlar uçotunun şəxsi vərəqəsi;

- tərcümeyi-hal;

- ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;

- dərc olunmuş elmi əsərlərin, kəşf və ixtiraların təsdiq edilmiş siyahısı.

Sənədlər elan bu gündən sonra 1 (bir) ay müddətində qəbul edilir.

Qeyd: namizədlərin göstəriciləri vəzifənin tələblərinə uyğun gəlmədikdə və yaərizənin verilmə müddəti pozulduqda sənədlərin qəbulundan imtina olunur.

Telefon - (012) 436-77-66.

Ünvan - AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 29

Bizimlə əlaqə saxlayın