Qarabağ Universitetində ilk vakansiya - FOTO

29, 02, 24
09:00

Qarabağ Universitetində ilk vakansiya - FOTO

Qarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə vakansiya elan edilib.  

Elm və Təhsil Nazirliyindən "Azərbaycan Reallığı"na verilən məlumata görə, tələblərə cavab verən namizədlər müraciətlərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. 

Vakansiya üzrə son müraciət tarixi 15 mart 2024-cü ildir. Namizədlər ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərlər:

Qeyd edək ki, Qarabağ Universiteti işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək.

Bizimlə əlaqə saxlayın