Azərbaycanlı qız dünyanın ən nüfuzlu ali məktəbinə qəbul olundu

16, 03, 24
15:00

Azərbaycanlı qız dünyanın ən nüfuzlu ali məktəbinə qəbul olundu

"Azərbaycan Reallığı" xəbər verir ki, Gəncə Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 2023-cü il məzunu, hal-hazırda İngiltərənin London Universitet Kollecində (UCL) təhsil alan Fidan Hüseynova dünyanın ən nüfuzlu ali məktəbinə - ABŞ-ın Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olunub. 

Təhsil İnstitutundan bildirilib ki, məktəbli olduğu dövrdə Fidan bir neçə yerli və beynəlxalq olimpiadalarda uğurla iştirak edib. O, informatika fənni üzrə Respublika Fənn Olimpiadalarında 4 dəfə qızıl medal, iştirak etdiyi 11 müxtəlif beynəlxalq olimpiadalar və müsabiqələrdə 1 qızıl, 2 gümüş, 3 bürünc medal və 1 həvəsləndirici mükafat alıb. 

Bizimlə əlaqə saxlayın