Kolleclərə tələbə qəbulu elan edildi

27, 03, 24
13:30

Kolleclərə tələbə qəbulu elan edildi

2024/2025-ci tədris ili üçün Azərbaycanın orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edilir.

Dövlət İmtahan Mərkəzindən (DİM) "Azərbaycan Reallığı"na verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2024-cü il martın 27‑dən aprelin 15-dək internet vasitəsilə aparılır.

Bizimlə əlaqə saxlayın