Paytaxtda məktəbin qarşısındakı ciddi təhlükə: Zolaqlar silinib, tramplinlər yararsız vəziyyətdədir - VİDEO

30, 03, 24
10:00

Paytaxtda məktəbin qarşısındakı ciddi təhlükə: Zolaqlar silinib, tramplinlər yararsız vəziyyətdədir - VİDEO

Bakıda məktəblərin birinin qarşısında ciddi təhlükə var. Yəni məktəbin qarşısından keçən yolda zolaqlar silinib, tramplinlər yararsız vəziyyətə düşüb.

"Azərbaycan Reallığı"nın məlumatına görə, nəticədə avtomobillər üçün maneə aradan qalxıb və sürücülər avtomobili sürətlə idarə edirlər.

Söhbət Bakının Sabunçu rayonu, Muxtarov qəsəbəsi, şəhid Əmrulla Əliyevin adına olan küçədən gedir. Bu küçədə yerləşən 78 saylı tam orta məktəbin şagirdləri üçün hər an təhlükə var.

Əvvəllər burada süni maneəyə görə, sürücülər sürəti aşağı salırdılar. İndi isə nadir hallarda buna əməl edilir.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, əraziyə baxış keçiriləcək və lazımi tədbirlər görüləcək.

Ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın