O universitet Bakıda tikilməməlidir – Fazil Mustafa

05, 04, 24
12:00

O universitet Bakıda tikilməməlidir – Fazil Mustafa

Türkiyə-Azərbaycan Universitetinin binası Bakıda yox, regionda tikilsin.

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkilinin fikrincə, Türkiyə-Azərbaycan Universiteti Bakıda deyil, regionda fəaliyyət göstərməlidir:

“Azərbaycana bu gün daha çox texniki və informasiya texnologiyaları ilə əlaqədar universitetin yaradılmasına ciddi ehtiyac var. Türkiyə-Azərbaycan Universitetinin yaradılması nəzərdə tutulur. Həmin universitetin binasının da Bakıda tikilməsi planlaşdırılır. Təklif edirəm ki, bu bina Bakıda yox regionda tikilsin. Ümumiyyətlə, təhsil ocaqlarını yavaş-yavaş regionlara yaymaq lazımdır.

Hesab edirəm ki, biz bu universiteti yaradarkən bunu qardaş ölkə ilə universitet yaratmaq xatirinə etməməliyik. Təklif edirəm ki, həmin təhsil ocağı Türkiyə-Azərbaycan Texniki Universiteti olsun. Daha peşəkar və prestijli universitetlər yaratmaqla Azərbaycan təhsilinin gələcəyinə töhfə verə bilərik”.

Bizimlə əlaqə saxlayın