Kollec direktoru işdən çıxarıldı

08, 04, 24
11:30

Kollec direktoru işdən çıxarıldı

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən növbəti monitorinq keçirilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, martın 29-da Agentliyin nümayəndələri Tovuz Dövlət Sosial-İqtisadi Kollecində olublar. Monitorinq zamanı tədris sənədlərinə baxış keçirilərək müvafiq təhlillər aparılıb. 

Nəticədə qurumun 4 aprel 2024-cü il tarixli əmri ilə kollecin direktoru Rizvan Qənbərovla bağlanmış əmək müqaviləsinə xitam verilib. 

Bizimlə əlaqə saxlayın